anamursedir-anamur dergi
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE RSS KAYNAĞI İLETİŞİM

Sponsor Alanı

Anamur SEDİR

Anamur SEDİR 1993-1994

   -Aralık   1993  1. Sayı
   -Ocak    1994  2. Sayı
   -Şubat   1994  3. Sayı
   -Mart     1994  4. Sayı
   -Mayıs   1994  5. Sayı

MAKİ DERGİSİ

MAKİ DERGİSİ-105

Saat

Ana Menü

Sponsor Alanı

 

Ziyaretçi Bilgileri

»Aktif 24  
»Bugün 199  
»Toplam 14030617  
Sayın Ziyaretçimiz
»IP'niz | 3.145.130.31
» Bu sitemizi ziyaretiniz

HAVA DURUMU

ANAMUR

ÇINAR ARIKAN VE HASRET TÜRKÜSÜ

G. CEMALETTİN

05 May?s 2021, 00:42

G. CEMALETTİN

               ÇINAR ARIKAN VE HƏSRƏT TÜRKÜSÜ

 

XATIRLADIM Kİ, ÇİNAR ARIKAN "MEYŞAD" MERSİNLİ ŞAİRLƏR VƏ YAZARLAR DƏRNƏYİNİN  ,"MAKİ" DƏRGİSİNİN YÖNETİCİSİ, "ANAMUR  SEDİR " DƏRGİSİNİN TƏSİSÇİSİ VƏ REDAKTORUDUR.

ÇİNAR ARİKAN İMZASI AZƏRBAYCANLI OXUCU ÜÇÜN YENİ DEYİL. KİFAYƏT QƏDƏR TANIŞDIR. ONUN BİR NEÇƏ HEKAYƏSİNİ AZƏRBAYCAN TÜRKCƏSİNƏ UYĞUNLAYIB SƏHİFƏMİZDƏ PAYLAŞMIŞAM. ÇİNAR ARİKANIN ÜRƏYİ BU MİLLƏT ÜÇÜN, ONUN XÖŞBƏXTLİYİ ÜÇÜN, BAYRAĞI ÜÇÜN, VƏTƏNİ ÜÇÜN ATIR. KÖNLÜNÜN HƏR ÇIRPINTISINDA, HƏR KIPIRTISINDA TÜRKİYƏ İLƏ YANAŞI AZƏRBAYCAN DA EYNİ ANDA DÖYÜNÜR. BİR CANDA İKİ BƏDƏN, BİR BƏDƏNDƏ İKİ CAN KİMİ...

    

 BÜTÜN YAZILARINDA TÜRKLÜK, TÜRKÇÜLÜK BOY VERİB, BƏYLƏNİR, BƏLLƏNİR... O KEÇMİŞİNƏ BAĞLIDIR, MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRƏ ÖNƏM VERİR. KÖKÜNÜN ÜSTÜNDƏ QOL- BUDAQ ATIB PƏRVAZLANIR.

AVROPANI DA BİLİR, ASİYAYA DA BƏLƏDDİR, AMERİKADAN DA XƏBƏRİ VAR. AMMA ONUN ÜÇÜN SEVGİ QÜTBÜ, SEVGİ MEREDİANI HARDA TÜRK VARSA, HARDA GERÇƏK İNSAN VARSA ORADIR. ELƏ BU KİÇİK HEKAYƏSİNDƏ OLDUĞU KİMİ...

P.S.AZƏRBAYCANIN, ONUN ƏDƏBİYYATININ TƏBLİĞİ ÜÇÜN DƏ ÇOX BÖYÜK İŞLƏR GÖRÜR... 

                                                                     Gülnare CEMALETTİN

 

“KÖÇƏRİ KÖÇÜ“

 

                              HƏSRƏT TÜRKÜSÜ

 

İllərlə haqqında rəvayətlərini  eşitdiyimiz o köçəri ərləri ilə tanış olmaq istəyirdik. Nəsib mart ayının bir bazar gününəymiş.Yürüdüm.Yürüyən türk  köçərilər kimi. İki kilometrlik yolu bir nəfəsdə tükətdim. Qaralarbəxşiş kəndindən olan molla  Vəli Qılınc bəy köçəri  ərlərini tapmaqda mənə kömək etdi.

Soruşduq, göstərdilər: Bax biri budur, o biri də bu. Soruşduğumuz evlərdən biri Qaralarbəxşiş kəndindən Kərim Şahinin evi, digəri isə Süleyman Sağlamın idi. Kəndin ortasındakı  çığır yolla Kərim ağanın evinə gedərkən onunla yolda rastlaşdıq. Toya gedirdi.Salamlaşdıq. Bizi qardaşı ilə evə göndərdi. Özü də toya getdi və tez də qayıdıb  yanımıza gəldi.

Onunla Toroslar üzərində yaşayan köçərilər və onların  hekayələri, türküləriylə bağlı söhbət etdik. Onun danışdığı hekayə və türkülərlə  bağlı digər bir söhbəti isə daha sonra Göy Süleyman ağa ilə  də etdik.

Sizlərə aşağıda nəql edəcəyimiz  hekayə və  o hekayəylə bağlı  dolaşan türkü, yuxarıda adı çəkilən şəxslərin yaxın qohumlarının başına gəlmişdir. Şifahi xalq ədəbiyyatımızın bir qolu  olan  "Xalq hekayələri və xalq Türküləri”ni gələcəkdə  milli mədəniyyətimizə bir  faydası olar deyə topladıq. İndi sizləri həmin  hekayə və türkümüzlə baş-başa buraxırıq:

Bu diyarın torpağı bir başqadır. Bahar gələndə insanı yaylağa ,qış gələndə isə qışlağa çəkər. Qonarköçərilər ot bitən yerlərə doğru axın- axın gedərlər. Köçdükləri yerlər  bir müddət yiyəsiz,səssiz qalar. Yeni köç vaxtı gəlib  çatanda obalar  yenidən şənlənər; At kişnərtisi, eşşək anqırtısı, dəvə nəriltisi, keçi mələrtisi, quzu səsləri, it hürüşləri dağlarda əks-səda verər.

Belə bir gündə yaylaqlar diyarına üzərinə ala kilimlər atılmış, yüklü dəvələrlə,  quzuları, qoyunları önlərinə qatan köçəri  cavanlar  at belində yollara düşərlər. Dincələ- dincələ   bundan tam üç yüz il əvvəl köçərilərə bəxşiş olaraq verilmiş Barçın yaylağına çatarlar.

Bir yandan  yaylaq həyatı davam edər, bir yandan  da sevdalar  alovlanmağa başlar. Toy olan zaman  qızlı oğlanlı mağar başına toplaşarlar.Toy tədarükü görülər, buğda,darı   döyülərdi. Elə bu əsnada bir-birini ilk dəfə görən köçəri cavanlar, gözəllərlə tanış olaraq bir – birinə  gizlicə göz qoyardılar.

Mağar başında alovlanan könüllər bir gün  zurna – qavallı toy  gününün onlar  üçün də olacağı günü səbirsizliklə gözləyərdilər.

Yaz da nə yaz. Məmməd Tunanın könlündə eşq yelləri əsməkdədir.Sevgi tumurcuqları qırmızı- qırmızı çiçək açmağa başlamışdır. Gerçə  kəndindən bir qıza vurulmuşdur. Ay üzlü qızın adı Səlvinazdır. Səlvi boyludur, bir az da nazlıdır, amma Məmmədin sevgisi qarşısında naz edə bilmir. Gün geçtikce könülünə düşən atəş onu alov- alov yandırmaqda, buram- buram əridib gecələri yuxusuz qoymaqdadır.

Məmməd sevərsə  onun eşqi qarşılıqsız qalarmı? Səlvinazın da könlü   eşq atəşi ilə alovlanmaqda, sevdiyinə qovuşacağı,Məmmədin  ona  "al yanaqlım, sürmə gözlüm, sərvi boylum, toxunma yaylıqlım" deyəcəyi günü gözləməkdədir artıq.

Yayın  ortalarında gözlənilən gün gəlir. Məmməd, qız evinə elçi göndərir. Köçəri  obasının ağsaqqalları öz aralarında razılığa gələrək  gənclərin nişanlanmasına  qərar verirlər.

Nişanlarını edirlər. O yay bu eşq hekayəsi dillərdə dolaşıb, ucqarlara belə gedib çıxar .

Gənclərin  eşqi xoşbəxt sonluğa doğru getməkdədir. Qışlaq mövsüm gəlib çatmışdır. əndlərə, yazın əvvəlində gəldikləri  yerlərə geri dönməyin  zamanı gəlmişdir. Obalar ard - arda yollara tökülür.

Məmmədin nişanlısı  onlardan əvvəl qışlağa  köçmüşdür. Məmməd üçün həsrətli günlər başlamışdır. Bu həsrət, qış boyunca da davam edəcəkdir. Çünki Məmməd  yoldaşıyla  birlikdə Davırdaş  kəndindəki mədrəsəyə qəbul olmuşdu. Orada elm öyrənib, təhsil alacaqdı. Təhsil  almağına alacaqdı, amma könlü həmişə uzaqlarda sevdiyindədir.

Fil Əhməd ləqəbiylə tanınan mədrəsə müəllimi çox məşhur  biridir. Köçərilər arasında əfsanələşdirilmiş, hekayələri  şişirdilib  söylənmişdir. Fil Əhmədin oğlu düşmənləri tərəfindən güllələnərək öldürülmüşdür. Bunun əvəzində müəllim  "Kahran" kitabıyla  on beş gündə düşmənini yatağa salmış və  onu öldürmüşdür. Oğlu öldürüldüyü zaman arvadına təsəlli olaraq  belə söylediyi bəzi mənbələrdən məlumdur

"- Nə ağlarsan Əminə?

Gəl hər nə dərdin var isə

Fil Əhmədə söylə.

Canı Mövlam qıyardımı

Fil Əhmədin oğluna?

Dom- dom gülləsi atmışlar

Qara donuz niyyətinə 

Gəl, gəl Əminə

Hər nə dərdin var isə

Fil Əhmədə söylə."

 

Acı tale  o günlərdə Fil Əhmədə çəkdirdiyi övlad ağrısını ,tələbəsi Tuna Molla Məmmədə də  , o ağrını çəkdirməkdədir.Ürəyinin  dərinliklərini inim- inim inlədən, cümlə  təbiblərdə dərmanı olmayan bir şəfasız dərddir bu.

Pis  xəbər gəlmişdir. Gerçəbəxşiş kəndindən Mırcı adında bir adamın oğulunun,başqa bir ailədən olan bir qızla arası açılmışdır. İki sevgili aralarında mübahisə  etmişdir. Həvva onu rədd etmişdir. Mırcının oğlu da Həvvaya: "Mənə yar olmayanı, başqalarına yar etmərəm, səni öldürərəm,- demişdir. Mırcının oğlu elə bir ehtirasa qapılmışdır ki, mütləq Həvvanı vuracaqdır. Bir gün Həvva yoldan keçərkən evlərinin pəncərəsindən gələnin o olduğunu zənn edərək    tüfəngini ona tuşlayır. Güllələri dalbadal atar. "Grav...Grav..."

 

    

 

Uzaq olsun. Bədbəxt hadisə baş verir. Atəş etdiyi Həvvadır, amma  vurulan  oradan keçən  Məmmədin sevdiyidir. Səlvinazdır.Mırçının oğlu öz sevdiyini deyil, Məmmədin sevdiyini vurmuşdur.Səlvinaz yerdə qan içərisində cansız  uzanır. Səlvinazı vuran  qardaşı oğludur. Yaxın qohumudur.

Acı xəbər tez yayılar. Sevgili ölər, canan ölər, canın xəbəri olmazmı? Ürəyindən yaralanmışdır Məmməd. İnsafsız güllə sanki onun ürəyinə çaxılmışdır ,ürəyi qan verib qanayar.

Acı xəbəri alan Məmməd şok keçirir.Çarəsizlik içində qıvrılır. Ağlar, sızlar, fəryad edər. Sevgilisinə  olan duyğularını izhar edə bilməz dili tutular, dərdini aça bilməz, söyləyə bilməz,  sanki lal olmuşdur. Onun bu kədərini  ən yaxşı yenə müəllimi  Fil Əhməd anlar. Çünki bu  ağrının   bənzərini  özü övlad ağrısı olaraq  yaşamışdır. Sarıvəlilər mahalından  olan Fil əhməd ,bütün ehtişamı ilə şairliyini işə salar. Ağrını özü çəkirmişcəsinə duyğulanar.Tuna  bir dastan yazıb Molla Məmmədə verər.

Tuna Molla Məmmədin bu dastanı ona   təssəlli olar. İllərlə dilində türküyə dönər.  Bu türküylə ovunar. O gündən də türkü  ağızdan – ağıza dolaşaraq bu günümüzə gəlib çatar.

Fil Əhmədin yazdığı  şeir  bu günə kimi Tuna Molla Məmmədin qohumları olan Köçəri ərləri tərəfindən  deyilər, danışılar. Dinləyən hər kəs qulaq kəsilər. Hekayəsini də anlatmamaq mükün olmaz.

Bu gün  üçün şeirin əslinin  necə olması deyil,  əhəmiyyətli olan onun  xalq arasında, Köçəri ərlərinin  ağızında dolaşaraq yaşamasıdır. Ona əslinə ozanlar tərəfindən əlavələr edilmişdir. Xalq arasında geniş yayılması  və müxtəlif əlavələrin edilməsi də bu üzdəndir.

Tuna Molla Məmmədin ağrısını yüngülləşdirən, amma heç bir zaman susdurmayan, söylədikcə ağrını daha da dərinləşdirən Fil Əhmədin yazdığı həsrət türküsü aşağıdakı kimidir:

 

TUNAM AĞLASIN

 

Tunam, mən vuruldum, yapış əlimdən,

Göz öncəyi qan olmasın belimdən.

Mən qalmışam, sən də qalma yolundan

Gül ikən solduran Tunam ağlasın.

 

Əcəl oxu gəldi cana dayandı,

Turunc sinə al qanlara boyandı.

Bu ölümə Tunam necə dayansın?

Gülün iyləməyən Tunam ağlasın.

 

Yalan dünya səndən uzaq qalmadım,

Gəlin olub kəhər  ata minmədim.

Sənin ilə bir gün mehman olmadım,

Gülünü itirən Tunam ağlasın.

 

Gümüş kəmərimi açın  belimdən,

Mən vuruldum, Tunam,sən tut əlimdən,

Al qanlarım axdı bəyaz tənimdən,

Sayıb salamımı Tunam ağlasın.

 

Xınalı barmaqda üzük qaşıydın,

Gözəllər içində qayət kişiydin,

Köçəri qızların dəstəbaşıydın, 

Sayıb salamımı Tunam ağlasın.

 

Bu necə bir işdir ağalar, bəylər?

Sevdicəyəm, Tunam ah çəkib ağlar,

Nühacir dərdlərim sinəmi dağlar,

Sayıb salamımı Tunam ağlasın.

 

****

 

Tunam varsın  xocasına oxusun,

Qərib bülbül gül dalında şaxısın,

Gəlin anam al astarı toxusun,

Əl yerinə baxsın dursun ağlasın.

 

Acı məlhəm, şirin məlhəm düzməyin,

Yaram dərin düymələri çözməyin,

Məzarımı yoldan uzaq qazmayın,

Yar gəlib geçtikce baxsın ağlasın.

 

Sürünün önündə sürməli qoçlar,

Axranım qızlardı salınır saçlar,

Zeyvə dərəsinə enincə köçlər,

Köç çəkib keçdiyim yollar ağlasın.

 

Barçın yaylağının gözəl quşuydun,

Gümüşü feslerin inci daşıydin,

Tayfa qızlarının dəstəbaşıydin

Sevən axranlarım ansın ağlasın.

 

Sarı yaylağ yaylamadım qar ikən,

Palazımı ovlamadım tor ikən,

Bu cahanda acı ölüm var ikən,

Geridə qalanlar yansın ağlasın.

 

Nə sərin yaylaqdır bizim  bu yaylaq,

Soyuq subaşında var könül əylə,

Bu sevgi, məhəbbət  qalarsa belə,

İğid Tunam payız dönsün ağlasın.

 

***

Al fıstanı anam toxusun,

Xas bağçada bülbüllər şaxısın.

Verin məktubumu Tunam oxusun,

Həsrət məhşərə qaldı deyən dostlarım.

 

Əlinə almış qırmızı lökünü,

Üstünə vurmuş hesabsız yükünü.

Dolanıb gedər Ermenek bükünü,

Həsrət məhşərə qaldı deyən dostlarım.

 

Nədir ağalar, bəylər hələ də bunlar?

Köç çəkib aşdım dumanlı, qarlı  dağlar.

Ah etsin gözündən içdiyim yosunlu bulaqlar

Həsrət məhşərə qaldı deyən dostlarım.

 

Çeşmələr başında qızıl daşsanmı?

Tayfa qızlarının dəstə başısanmı?

Al xınalı barmaqda üzük qaşısanmı?

Həsrət məhşərə qaldı deyən  dostlarım.

 

Meyvəm bitmədən yarpağım düşdü,

Yükləndi karvanım amanım köçdü.

Zeyvə boğazını az ötə keçdi

Həsrət məhşərə qaldı deyən dostlarım.

 

Yerləşdiyim evlər gələməm qeyri,

Mən bu dərdə dərman bulamam qeyri,

Sevdicəyim Tunam ah çəkib ağlasın qeyri

Həsrət məhşərə qaldı deyən dostlarım.

 

****

Yanıb qovrulsun qoyAnamur kolu,

Sovrulsun göylərə külü, dumanı,

Adını sevdiyim karvan alanı

Göy öncəkli bəxşiş qızı keçdimi?

 

Toxu ey sevdigim kilimlər toxu,

Erkəndən yükləmiş Səlvinaz yükü.

Səndən soruşuram  Zeyvənin bükü

Göy öncekli bəxşiş qızı keçdimi?

 

Sevdiyimin çəkib gedər obası,

Gəncikən də  vermiş idi babası,

Qurban olum Ortaköyün ağası,

Top kəkilli bəxşiş qızı keçdimi?

 

Havayıdır dəli könül havayı,

Alıcı quş yüksək qurar yuvayı,

Bəxşiş qızı katarlamış mayayı

Çəkə- çəkə yaylasına keçdimi?

 

Nehiridir, qara gözlüm nehiri,

Əlindən içəydim bir tas zehiri,

Ey sevdiyim Ürmenekin nehiri

Keçidindən köçəri qızı keçdimi?

 

Fil Əhməd yazıbdı bunu yeganə

Əl dəymədik təni boyandı qana,

Ah edib ağladıq hey  yana- yana,

Köçün çəkib  bu dağlardan keçdimi?

 

Yazar: Çınar ARIKAN/Türkiye

Azerbaycan Türkçesine Uygunlayan: Gülnare CEMALETTİN/

                                                            Azerbaycan

                                                            AYB Sumqayıt Bölmesi Başkanı

Bu haber 978 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit
    Ramazan bayramına doğru09 Nisan 2024

Sponsor Alanı

Sponsor Alanı

 

ANKET

ANAMUR OKULLARINDA SERBEST KIYAFET UYGULANSIN MI?




Tüm Anketler

0cak - 2012 / Her Hakkı Saklıdır / Kaynak gösterilip, sitemizin ilgili sayfasına link verilerek alıntı yapılabilir. Yazıların sorumluluğu yazarlarına aittir-Site ticari olmayıp, kütüre hizmet eder.
RSS Kaynağı | Anasayfa | İletişim

(c)2012 Anamur Sedir