anamursedir-anamur dergi
ANASAYFA HABER ARA FOTO GALERİ VİDEOLAR ANKETLER SİTENE EKLE RSS KAYNAĞI İLETİŞİM

Sponsor Alanı

  REKLAM ALANI

Anamur SEDİR

Anamur SEDİR 1993-1994

   -Aralık   1993  1. Sayı
   -Ocak    1994  2. Sayı
   -Şubat   1994  3. Sayı
   -Mart     1994  4. Sayı
   -Mayıs   1994  5. Sayı

MAKİ DERGİSİ

MAKİ DERGİSİ-105

Saat

Ana Menü

Ziyaretçi Bilgileri

»Aktif 49  
»Bugün 636  
»Toplam 5159773  
Sayın Ziyaretçimiz
»IP'niz | 3.87.147.184
» Bu sitemizi ziyaretiniz

HAVA DURUMU

ANAMUR

Sponsor Alanı

SARIÇİÇEĞE HASRET GÜNLERİM (DENEME-ŞİİR)

G. CEMALETTİN

18 Nisan 2019, 13:23

G. CEMALETTİN

SARIÇİÇEĞE HASRET GÜNLERİM

 

AÇIKLAMA: Gülnare CEMALETTİN Hanım Azerbaycan Yazıcılar Birliği Sumgayıt Bölmesi Başkanıdır. Benim 1979 yılında yazdığım bir yazı ve şiiri olan “SARIÇİÇEĞE HASRET GÜNLERİM” Azerbaycan Türkçesine uyarlayarak yayımlamıştır. Kendisine teşekkür ediyorum.

Çınar ARIKAN

Yayın Yönetmeni

 

İŞTE O YAZI VE ŞİİR:

 

BU YAZINI VƏ ŞEİRİ ÇINAR BƏY ÇOX- ÇOX  ƏVVƏLLƏR,SOVETLƏR DÖNƏMİNDƏ YAZMIŞDIR. MƏN DƏ O İLLƏRİN AYRIĞIĞININ DİLƏ GƏTİRDİYİ HƏSRƏTİ ÇINAR BƏY’İN DİLİNDƏN SİZİN DƏ DUYMAĞINIZI İSTƏDİM.

 

SARIÇİÇƏYƏ HƏSRƏT GÜNLƏRİM

 

Sevdiyim, hər şeyim, xəyal edib yazdığım. Gözlərimi yumanda belirli-belirsiz canlanan xəyalın ilə yanıram!

 

1979 – cu ildəyik. Artıq mən iyirmi iki yaşında bir gəncəm. Səndən uzaqlardayam. Buraya gəlişim,  doqquz gün oldu. Türkmən çadırlarında sacda bişən çörəyin buxarlı qoxusunun ətrafa yayılıb insanın içini çəkişməsi var ha o qoxu nə isə o şəkildə burum -burum  tütüyürsən burnumda.

 

Sənə hisslərimi yazmaq istəyirəm tam doqquz gündür. Əlim qələmə gəlmir. Yazacağım anda bir hüzn çökür içimə. Duyğularım yazılsaydı qələmdən göz yaşı axıb gedərdi. O damcılar birləşib, dərə, çay, sel olub hər şeyi qabağına qatıb, yandırıb, dağıdacaqdı!

 

Yazmadım. İnsan yazmamış düşünə bilərmi? Yanmazmı? Yanar əlbəttə. Həm də qərib ellərdə, qürbətdə. Sən də qərib ellərdəsən. Mənə görə qürbətdə.

 

Hazırda bu sətirləri səndən yüzlərlə kilometr uzaqda, Toros dağlarının zirvəsində, bir dağ qəsəbəsində ağlayaraq  yazıram. Göz yaşlarım çıxmır,amma ürəyimə  axır.

 

 Sənsizlik ölüm, inan. Sənsiz olmaq içdən- içə yanan bir kömür sobası kimi məni yandırarkən, ürəyi əridən o duyğunu da özüylə bərabər gətirir. Həsrət deyirlər  bunun adına. Xanı Dənizlinin tanınmış Sənətçisi Özay KÖNLÜMÜN dediyi kimi: "Hasretlik deyirlər bunun adına/ Qoca dağlar belə dayanamamış/ Mən necə dözüm anam"! Anaya duyulan həsrət və sevgi nə isə sevgiliyə duyulan həsrət də oymuş.

 

Mən, zaman keçdikcə sarıçiçeyə həsrət günlərimin azaldığına inanıram.

 

Səni düşündüm, yenə. Görəsən nə edirdin? Mənim kimi sükutun və səssizliyin hər tərəfə dağıldığı gecə yarısı yatmayıb, məni düşünürdümü? Mən bilirəm. Həsrət atəşi sənin də içini yandırır. Bu odda yanmaq nə çətin imiş.

 

Bu axşam, güllənməyən bir köz oturdu yenə ürəyimdə. Boğuluram. Nə edim, necəimi edim bilmirəm. Beynim çatladı çatlayacaq. Belə anlarda dərdimi paylaşacaq, dərdimi tökəcək  səmimi bir dost axtarıram   özümə. Radioda çalınan  bir neçə gözəl nəğmə də məni rahatlatmadı, daha da boğdu.

 

Və.

 

Cəfakeş dostlarımın boynuma  sarıldım yenə. Götürdüm kağız və qələmi əlimə. Bir göz qırpımında yazdım hisslərimi.

 

Şeir deyilir buna. Zamanın acımazlığını ancaq şeir dindirə bilər. Şeir insanı yandıran sehr kimidir. Onu yazmağa başladınmı,  zaman dayanır. Qəlbinə bir deşik açırsan zamanın. Zamanın amansızlığını dayandıran yeganə təsəllidir şeir. Zamanın hüznlə üstünə çöküşünün çıxış nöqtəsi, duyğuların kükrəyən dilbəridir. Ürəkdən gələn misralar bir bir kağıza tökülərkən, zaman geçir ancaq; Şeir, bir büllur kimi kalır.

 

Şeir ürəkdəki kədəri çıxaran, yazdıqca sərinlədən bir əfsanədir. Bir söz, bir bəstə və bir mahnıdır o zaman şeir.

 

Sən mənim könlümdə yaşayan bir gözəl Türk qızısan. Əlçatmaz bir qayə böyüklüyü çökər oturar, səni düşündükcə beynimdə. Eşidirəm səsini tək olsam da, xəyalımda böyüdürəm çatmaq istəyirəm  yaşadığın o hüznlü, kimsəsiz, əsir diyarlara. Qovuşuram da. Poeziyada kin olarmı? Olsa olsa ancaq sevgi olar. Hörmət olar. Ürək olar. Ürəyimdən hayqırıram sizin üçün böyütdüyüm ölçülərimi. Dərdinə əlac oluram. Həsrətinlə yanıram. Ağlayıram, yenə hüzünlərimdən şeirin sevgisinə rəğmən hesab soruram. Çünki sən mənim könlümdə Krımlı Bikə, Azərbaycanlı Aybala, Türkistanlı Aybikə kimi bir qızsan. Sənə yanaşmam onların Türk diyarlarında sevgiyə, sevgiliyə həsrətlərindəki yanaşma kimidir. Onların üzərindən duyğularımla, könüldən yanaram mən sənə. Bu duyğular içində yazdım sənə bugünkü şeirimi. Sənə könlümün ən dərin yerindən göndərirəm.

 

 

 

AYBALAM AYBIKƏM SARI ÇIÇƏYIM

 

Aybalam, Aybikəm, sarı çiçəyim,

Sənin uğrunda at sürdüm

Çaylardan, yamaclardan, dağlardan

Çeşmələrin axdığı yaylaqlardan keçdim.

 

Çatmaq istəyirəm  Tanrı dağlarına,

At sürürəm, gün batan üfüqə doğru

Düşmən dəstəsiylə vuruşuram,

Tikə olmayacağam onların tələsinə.

 

Aybalam, Aybikəm, sarı çiçəyim,

Çöllərə baxıram durmadan.

Sənin atəşinlə yanaram hər an,

Qorxuram, sənə qovuşmadan öləcəyəm.

 

Tanrı dağları uzaq, əlçatmaz,

Yoxuşdur çıxılmaz, sıldırım aşılmaz.

Aybalam, Aybikəm, sarı çiçəyim,

Savaş toy- düyündür, bizdə qaçılmaz.

 

Aybalam, Aybikəm, sarı çiçəyim,

Kimsəsiz, çarəsiz, kədərli əsir.

Əlbəttə ki, bizə zülm edənlərə,

Bu millət bir gün kinini göstərir.

 

                           Çınar ARIKAN(Mersin-MEŞYAD)

 

UYGUNLAYAN: Gülnarə Cəmaləddin

Bu haber 211 defa okunmuştur.

Delicious  Facebook  FriendFeed  Twitter  Google  StubmleUpon  Digg  Netvibes  Reddit
BAHA'DAN ANNESİNE MEKTUP21 Mayıs 2019

Sponsor Alanı

Sponsor Alanı

REKLAM ALANI 

ANKET

ANAMUR OKULLARINDA SERBEST KIYAFET UYGULANSIN MI?




Tüm Anketler

0cak - 2012 / Her Hakkı Saklıdır / Kaynak gösterilip, sitemizin ilgili sayfasına link verilerek alıntı yapılabilir. Yazıların sorumluluğu yazarlarına aittir-Site ticari olmayıp, kütüre hizmet eder.
RSS Kaynağı | Anasayfa | İletişim

(c)2012 Anamur Sedir